İşğalçı rejimə aid Ramon həbsxanasında gərginlik

İşğalçı İsrail rejiminə aid Ramon həbsxanasında İslami Müqavimət Hərəkatı (Həmas) liderlərindən olan Camal Əbul-Heyca və İslami Cihad Hərəkatı liderlərindən olan Zeyd Bisisuyu başqa həbsxanaya nəql etmək gərginlik yaradıb.
 
Maide.az xəbər verir ki, əsirlərin qərarı "provokatif" kimi səciyyələndirdiyi və qərarın əsir liderlərin başqa həbsxanalara nəql edilməməsi maddəsini əhatə edən müqaviləyə zidd olduğu bildirilib.
 
Qərara etiraz edən Həmas Hərəkatının əsirləri Əhrar Əsir Araşdırmaları Mərkəzinə mövzuyla əlaqədar verdiyi açıqlamada, etirazlarının bazar gününə qədər davam edəcəyini, həyətə çıxmayacaqlarını və yeməkləri geri qaytaracaqlarını, gündəlik nəzarətlərdə idarənin göstərişlərinə tabe olmayacaqlarını bildiriblər.
 
İslami Cihad üzvü olan əsirlər isə zindanındakı təşkilatlarını dağıtdıqlarını və bundan sonra əsirlərin öz başlarına hərəkət edəcəklərini bildiriblər. İslami Cihad üzvü əsirlərin bu qərarının həbsxanaları idarəsini olduqca narahat etdiyi deyilir.

Google+ WhatsApp ok.ru