İşğalçı rejimin 16 şirkəti Azərbaycana gəlir

İsrail rejiminin müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisinə 16 şirkətlə qatılacaq.
 
Maide.az-ın sərginin təşkilatçısı olan «İteca Caspian» şirkətinə istinadən verdiyi məlumata görə, sərgidə İsraili SİBAT və dünyanın böyük müdafiə şirkətləri olan «Elbit Systems», IMI, İAİ, IWI, «Rafael»-lə yanaşı, müdafiə sənayesində tanınmış «Aeronautics», «Visionmap», «ATL-Atlantic Technologies», «Camero-Tech», DSIT, «Fibrotex Tech», «İspra LTD», «Plasan», «Meprolight», «Ness Technologies» şirkətləri də təmsil edəcək.
 
Sərgidə müxtəlif silah və aviasiya sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, proqramlaşdırma, maskalanma vasitələri, nəqliyyat vasitələri, elektro-optik sistemlər, mühafizə vasitələri, dəniz silah və sonar sistemləri, müxtəlif sensorlar Azərbaycanın hərbi qurumlarına təqdim ediləcək.

Google+ WhatsApp ok.ru