İşğalçı rejimin Məscidi Əqsaya giriş üçün icazə kağızı qərarı etirazla qarşılandı

Təcavüzçü İsrail rejiminin Məscidi Əqsada namaz qılmaq istəyən müsəlmanlara icazə kağızı məcburiyyəti qoyduğu üçün bu gün cümə namazı öncə izdiham yaşanıb.
Maide.az xəbər verir ki, sionist rejimin əsgərləri Ramazan ayı ərzində cümə günləri Qüdsə girişə icazə verməyəcəyini də açıqlayıb.
Məscidi Əqsaya namaz qılmağa gələn 16-30 yaş arası qadınlar, 30-50 yaş arası kişilər isə icazə kağızı təqdim etməli olduqlarını bildirilmişdi. Lakin, bu gün verilən qərarın əksinə olaraq 50 yaşdan aşağı olan kişilər Məscidi Əqsaya buraxılmayıb.
Hazırda təcavüzçü rejimin bu qərarı xalqın böyük etirazı ilə qarşılanır. İsrail isə sadə vətəndaşları həbs edərək onları qorxutmağa çalışır./

Google+ WhatsApp ok.ru