İşğalçı sionist İsrail ordusunun Qəzzada yeni müharibə planı

İşğalçı sionist İsrail ordusunun Cənub Regionu komandanlığının Qəzzada gərginliyin yüksəldiyi zaman müdaxilə və bir müharibə planı hazırladığı məlum olub.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, "İsrailin səsi" saytında yerləşdirilən xəbərə əsasən, Cənub Bölgəsi Komandanlığının HƏMAS-a zərbə vurmaq və müharibə etmək planı var.
Xəbərə əsasən, sionist ordusunun bu planının Qəzzaya yaxın "İsrail" kəndlərini qorumağı və Qəzzadakı hədəflərə keçiriləcək bombardmanları və əməliyyatları əhatə etdiyi qeyd olunub.
Xəbərdə, həmçinin planın geniş kəşfiyyat nümayəndə heyəti, hava və dəniz qüvvələri ilə birlikdə keçiriləcək birgə əməliyyatları özündə ehtiva etdiyi qeyd edilib. Digər tərəfdən, ordu hissələrinin son aylarda bu plan əsasında təlim keçdiyi də açıqlanıb.
 

Google+ WhatsApp ok.ru