İşğalçı İsrail əsgərləri 9 fələstinlini həbs etdi

İşğalçı İsrail əsgərləri 9 fələstinlini həbs etdi

Sionist İsrail əsgərləri işğal altında olan Qərbi Şəriyənin müxtəlif bölgələrində 9 fələstinlini tutub. 
 
Maide.Az xəbər verir ki, işğalçı rejim həbs olunan fələstinliləri  "terrorist hərəkatlarında iştirak" etməkdə ittiham edib. 
 
Qeyd edək ki, işğal altında olan Qərb Şəriyədəki və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail  qüvvələri müxtəlif bəhanələrlə Fələstinliləri həbs edir. 
 
Xatırladaq ki, sionist rejimin həbsxanalarında təxminən 300 fələstinli uşaq saxlanılır ki, onların içərisində ən kiçik məhbus 2 aylıqdır.

Google+ WhatsApp ok.ru