İşğalçı İsrailə tikinti materialları ixrac edən ölkələr arasında Türkiyə birincidir - Milli Gazete

İşğalçı İsrailə tikinti materialları ixrac edən ölkələr arasında Türkiyə birincidir - Milli Gazete

-- dəmir, polad sement...

Fələstin torpaqlarını işğal edən yəhudilərin evlərinin dəmir, polad və sementini Türkiyə təmin edir.
 
Maide.az "Milli Gazete"yə istinadən xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzinin məlumatlarına əsasən, Fələstinin işğal olunmuş ərazisində yəhudilərin məskunlaşması üçün aparılan tikinti işlərinin dəmir, polad və sementinin böyük hissəsi Türkiyədən ixrac olunur. Belə ki, 2017-ci ildə işğalçı rejim 2,5 milyon ton sement idxal edib ki, bunun 1 milyon tonu Türkiyədən ixrac olunub.  
 
Məlumatlara görə, işğalçı rejim son 15 ildə 16,9 milyon tonluq sement idxalının 9,8 milyon tonunu məhz Türkiyədən idxal edib.
 
Milyonlarla ton sement ehtiyacını Türkiyədən qarşılayan İsrailin tikinti sektoru üçün əsas ehtiyaclardan biri olan dəmir və polad ehtiyacını da əhəmiyyətli dərəcədə Türkiyə qarşılayır. 
 
Məlumatlara görə, 2017-ci ildə işğalçı rejimin 1,2 milyard dollarlıq dəmir-polad idxalında 45 % ilə (544 milyon dollar) Türkiyə birinci yeri tutur. 
 
2002-2017-ci illər arasında işğlaçı rejimin metallurgiya bazarı 16 milyard dollar təşkil edib. Məlumata əsasən, Türkiyənin 15 ildə bu bazardan payı 5,2 milyard dollardır.

 

Google+ WhatsApp ok.ru