İşğalçı İsrail Qəzzaya hava zərbələri endirib -VDİEO 22 Avqust 2016 01:00 Fələstin İşğalçı İsrail rejimi hərbi təyyarələri Qəzza zolağına havazərbəsi endirib. Maide.Az xəbər verir ki, hücum nəticəsində 5 nəfər, o cümlədən 17 yaşlı gənc yaralanıb. Həmas-ın sözçüsü Sami Əbuzəhri bildirib ki, sionist rejim yeni oyun axtarışındadır, lakin bu istəyinə çata bilməyəcək. “Sionist rejim bu hücuma və Qəzzada vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyır. Bu hücumlar Fələstin xalqına edilən zülmərin davamıdır və Qəzza bölgəsində yeni oyunlar oynamaq məqsədi ilə atılıb. Lakin Tel Aviv bilsin ki, Fələstin xalqının iradəsi heç vaxt zəifləməyəcək və bu rejim müqavimətlə mübarizədə heç bir oyun oynaya bilməyəcək.” İşğalçı İsrail rejiminin “0404” saytı məlumat yayaraq bildirib ki, ötən gün Qəzzaya edilən hücumu 2014-cü ilin yayında (51 günlük müharibə) Qəzzaya edilən hücumlardan sonra ən ağırıdır. Fələstin KİV-ləri məlumat verir ki, Sionist rejim ötən gün gündüz və gecə Qəzzaya 60 –dan çox hava hücumu təşkil edib. Hücum zamanı işğalçı rejim Amerikadan təzə aldığı F35 qırıcı təyyarələrindən istifadə edib. Bu qırıcılar alçaqdan uçaraq istilik balonları atıblar. Teqlər : #İşğalçı İsrail Qəzzaya hava zərbələri endirib VDİEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullah: `Suriyadakı müharibə 2006-cı ilin intiqamıdır!` İstanbulda işğalçı İsrail rejim konsulluğuna hücum etmək istəyən şəxslər saxlanılıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar