İşğalçı İsrail rejimi Şeyx İkrimə Sabrini 4 ay Əl-Əqsa məscidindən uzaqlaşdırılmaq istəyir 04 İyun 2020 15:53 Fələstin İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Sabrinin 4 ay Əl-Əqsa məscidindən uzaqlaşdırılması haqqında qərar qəbul edib. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şeyx Səbri, verdiyi açıqlamada məlumatı təsdiqləyib. Məscidül-Əqsanı müdafiə etməyə davam edəcəyini vurğulayan Şeyx Səbri bildirib ki, işğalçı rejimin təbiəti budur. “İşğala qarşı çıxan səsləri susdurmaq istəyirlər. Məni hədəfə almaq əslində Əqsanı hədəf almaq deməkdir. Çünki Məscidül-Əqsada gözləri var. İşğalçı rejimin bu tərzi ibadət spesifikliyinə, demokratiyaya və beynəlxalq hüquqa ziddir. " Qeyd edək ki, ötən gün İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Sabrinin evinə basqın edib, onu polis bölməsinə getməyə çağırıb. Xatırladaq ki, mayın 29-da İsrail rejiminin qüvvələrinin evinə basqın etməsi nəticəsində saxlanılan şeyx İkrimə, daha sonra sərbəst buraxılmışdı. İkrimənin bir həftə Əl-Əqsa məscidindən uzaqlaşdırılması qərarı verilmiş və 3 iyun polis bölməsinə gedərək ifadə verməsi tələb olunmuşdu. Teqlər : #İşğalçı,#İsrail,#rejimi,#Şeyx,#İkrimə,#Sabrini,#ƏlƏqsa,#məscidindən,#uzaqlaşdırılmaq,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyunun 7-də ‘İnformasiya Texnologiyaları üzrə Beynəlxalq Qüds Günü’ keçiriləcək Fələstin baş naziri: Fələstin mübarizəsi mal-mülk deyil, şərəf və azadlıq mübarizəsidir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar