İşğalçı İsrail rejiminin Qəzzaya hücumlarında ölənlərin sayı 36 nəfərə çatıb

İşğalçı İsrail rejiminin Qəzzaya hücumlarında ölənlərin sayı 36 nəfərə çatıb

İşğalçı İsrail rejiminin Qəzza zolağına hava zərbələri nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb,   46 uşaq və 20 qadın da daxil olmaqla 111   nəfər yaralanıb.
 
Maide.Az “RİA Novosti”ə istinadla xəbər verir ki, bunu Fənəfləstin Səhiyyə Nazirliyinin sözçüsü Wafaa Yagi bildirib.
 
Qeyd edək ki, daha əvvəl 26 fələstinlinin şəhid olduğu və 69 nəfərin yaralındığı bildirilmişdi. 
 
Şəhid olanlardan 8-I uşaq və 3-ü qadındır.  
 
Xatırladaq ki, Misirin vasitəçiliyi ilə sionist işğalçı İsrail rejimi ilə Fələstin arasında atəşkəs əldə olunub.
 
 
 

Google+ WhatsApp ok.ru