İşğalçı İsrail rejim polisi Məscidül-Əqsa rəsmisini saxlayıb

İşğalçı İsrail rejim polisi Məscidül-Əqsa rəsmisini saxlayıb

İşğalçı İsrail polisi Qüds İslam Vəqfləri İdarəsi yanında Məscidül-Əqsa Yenidənqurma İdarəsinin direktoru Mühəndis Bessam əl-Hallakı saxlayıb.
 
Maide.Az "dunyabulteni"ə istinadla xəbər verir ki, işğalçı rejim  qüvvələri bu gün Məscidül-Əqsaya basqın edib. 
 
Məlumatda qeyd olunur ki, B.Hallak  Qüds İslam Vəqfləri İdarəsinin Məscidül-Əqsanın cənub-qərb hissəsindəki Mərvani Məscidindəki bərpa işləri səbəbiylə  saxlanılıb. 
Məsələ ilə bağlı İsrail polisindən hər hansı bir açıqlama verilməyib.
 
Qeyd edək ki, B.Hallak son aylarda dəfələrlə  işğalçı rejim qüvvələri tərəfindən saxlanılıb və daha sonra sərbəst buraxılıb. 
 

Google+ WhatsApp ok.ru