Çamadanından ərinin daxili orqanları çıxdı

Çamadanından ərinin daxili orqanları çıxdı

Avstriyanın Qraz hava limanında gömrük polisinin saxladığı tunisli qadının çamadanından, ərinin bağırsaqları tapılıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Avstriya mətbuatı yazıb ki, bağırsaqlar xüsusi şəkildə qablaşdırılıb. 
 
"Kleine Zeitung" qəzetinin məlumatına görə, adı açıqlanmayan qadın, yoldaşının zəhərlənmə nəticəsində öldüyündən şüphələnən qadın, toksikoloji testi etdirmək üçün onun daxili orqanlarını daşıdığını bildirib.
 
Qadının həyat yoldaşının Tunisdə əməliyyat əsnasında öldüyü bildirilib. Bağırsaqları araşdırmaq üçün Qraz hava limanına həkim çağırılıb ancaq həkim, bədənin geri qalanı olmadan lazımi testləri edə bilməyəcəyini deyib.
 
Polis qadının hər hansı bir qanunu pozmadığını açıqlayıb. Daxili orqanlar istintaq üçün saxlanılıb.
 

Google+ WhatsApp ok.ru