Dünyanın ən qədim kitabxanası açıldı

Dünyanın ən qədim kitabxanası açıldı

Avropa, Qərbi Asiya  və Afrikadakı tədqiqatçıların məlumatları arasında körpü vəzifəsi icra edən "Əl-Qaraviyyin" kitabxanası yenidən ziyarətçilərin üzünə açılıb.
 
Maide.Az "dunyabulteni" saytına istinadən xəbər verir ki, Mərakeşin Fəs şəhərində yerləşən və dünyanın varlığını günümüzə qədər qoruyan İslam dünyasının ən qədim kitabxanası tituluna sahib olan  "Qərvin Arxeoloji Kompleksi"nin kitabxanası üç illik gərgin bərpa işlərindən sonra  qapılarını yeni ziyarətçilərinə açıb. 
 
Kitabxananın yenidən istifadəyə yararlı vəziyyətə salınması üçüb milyonlarla dollar istifadə edilmişdir.
 
İbn Haldun və İbn Əqlin (Avropada tanınan adı ilə Averroes) tədrisinə şahidlik edən və bu ilə qədər yalnız tədqiqatçıların girdiyi bənzərsiz kitabxana, uzun illərdən sonra bərpa edilərək dünyanın dörd bir tərəfindən gələn maraqlı oxucuları qarşılamağa başlayıb.
 
Mərakeş Mədəniyyət Nazirliyi, Kuveyt Ərb bankından aldığı hədiyyə pulla kitabxananı yenidən restavrasiya edib.
 
On ikinci əsrə aid olan bu kitabxanada İslam dünyasının ən qədim əlyazma nüsxələri saxlanılır.
 
"Qərvin Arxeoloji Kompleksi"nin kitabxanasının tərkibində ümumi kitabxana, məscid və universitet vardır. Bu kitabxana 859-cu milad ilində Tunisli bir varlı tacirin qızı Fatimə Əl-Fehri tərəfindən tikilmişdir.
 
Bu xanım savadlı olduğu qədər də dinə bağlı adam olduğu üçün İslama aid kitabları toplamaq üçün bütün sərvətini xərcləməyi əhd edir. Öz sərvəti hesabına bu kitabxananı, məscid və universiteti tikdirir. İslam dünyasının ən qədim elmi ocaqlarından sayılan bu kitabxana və universitetdə bir çox tanınmış şair, ədib və filosoflar təhsil almışlar ki, onlardan İbn Ərəbi, İbn Xəldun və digərlərinə işarə etmək olar.
 
Bu universitet müsəlmanların elminin Avropaya transfer olunmasında mühüm rol oynamışdır.
 
 
 

Google+ WhatsApp ok.ru