Amano: İranın hərbi obyektlərinə nəzarəti əldə etməliyik

Maide.az-ın məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Paris səfəri çərçivəsində Fransa İnformasiya Agentliyinə açıqlamasında deyib ki, İran əlavə protokola qoşulduğu halda, bu ölkənin hərbi obyektlərinə baxış keçirmək tələbi agentliyin haqqıdır: "İranın atom proqramlarının mahiyyətinin müəyyənləşməsi aylarla zamana ehtiyaclıdır. Biz ziddiyyət müşahidə etdikdə və yaxud şübhəli olduğumuzda, misal üçün elan olunmamış bir məkana baxış keçirməyi istəyirik və bu tələb hərbi obyektlərə şamil ola bilər. Hərbi obyektin həssaslığına görə bəzi mülahizələr nəzərdə tutulmalıdır. Lakin AEBA bütün məkanlar, o cümlədən hərbi obyektlərə baxış keçirmək haqqına malik olmalıdır." 

O həmçinin deyib ki, nüvə anlaşması imzalandığı və agentliyin onun icrasına nəzarət üzrə məsul olduğu halda bu məsələ agentliyin ən önəmli məsələsinə çevrilir və bu qurum əlavə insan qüvvəsi və maliyyə təminatına ehtiyaclı olacaqdır. 

İslam İnqilabının rəhbəri zabit tələbələrlə görüşündə nüvə müzakirələrində yeni tamahkarlıqlar, o cümlədən İranın hərbi obyektlərinə baxış keçirmək və iranlı alimlərlə danışıqlar aparmaq üzrə icazəyə toxunaraq bildirib ki, bu icazə mütləq verilməyəcək və düşmənlər bilsinlər ki, İran xalqı və rəsmiləri tamahkarlıqlar və zorakılıqlar qarşısında heç vaxt geri çəkilməyəcəklər.

Google+ WhatsApp ok.ru