Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şamaxının Muğanlı kəndi ərazisində vətandaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.
 
Nəticədə sürücü və 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Google+ WhatsApp ok.ru