Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.
 
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru