Şamaxıdakı aksiyaya görə iki nəfər saxlanılıb

Dünən Şamaxı rayonunun Sabir qəsəbəsinin sakinləri yolu kəsərək, qəsəbəyə təbii qazın verilişinin dayandırılmasına etiraz etmişdilər. JAM.AZ-a məlumat verən aksiya iştirakçıları bildiriblər ki, aksiya yerli polis tərəfindən dağıdılıb. Lakin qəsəbə sakinləri bəyan ediblər ki, əgər qısa müddət ərzində «mavi yanacağın» verilməsi bərpa edilməsə, aksiyanı Şamaxıda deyil, Prezident Admnistrasiyasının qarşısında təşkil edəcəklər.
Az öncə yayılan məlumata görə, bu hadisə ilə əlaqədar artıq iki nəfər saxlanılıb. Onların kimliyi barədə məlumat verilmir. Qeyd edilir ki, saxlanılan şəxslərlə bağlı qərar bu gün Şamaxı rayon Məhkəməsində veriləcək. Sabir qəsəbəsinin sakinlərini narahat edən əsas məqam şəmin şəxslərlə bağlı cinayət işi qaldırıla biləcəyidir. musavat/

Google+ WhatsApp ok.ru