Sürücülərin diqqətinə: Yol bağlandı

Bakının Atatürk prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Maide.az-a verilən məlumata görə, Atatürk prospektinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Ayna Sultanova parkı istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru