Şamaxıda pirləri sökürlər

Maide.az xəbər verir ki, avqustun 12-də Şamaxının Pirbəhli kəndində Bakıdan gəlmiş bir maşın kişi Pirbəhli baba pirini sökmək istəyib.  Kənd əhalisi buna etiraz edərək dövlət qurumlarına müraciət ediblər. Kənd sakinlərinin məlumatına əsasən, Rayon rəhbərliyi işə qarışandan sonra piri sökməyə cəhd edən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar. Piri sökmək istəyənlər bunun səbəbini açıqlamayıblar.  Rayonda gəzən məlumatlara əsasən, bir müddət əvvəl  naməlum adamlar Şamaxıda Nallı piri də söküblər. Guya pirdən çoxlu qızıl çıxıb.  Pirləri vəhabilərin sökməyə cəhd etməsi barədə də fərziyyələr var. Qərbdən maliyyələşən və idarə olunan vəhabilər əhali arasında pirlərə qarşı təbliğat aparırlar.

Google+ WhatsApp ok.ru