Sumqayıtda sakinlər etiraz aksiyası keçirib

Məlumatda bildirilir ki, tikinti prosessesində onlarla ağac kəsilib, yaxud da əlverişsiz şəraitdə qaldığı üçün quruyub 
 Sumqayıtda 36-cı məhəllədə aparılan tikinti işləri sakinlərin etirazı ilə qarşılanıb. Belə ki, sakinlərin dediyinə görə, naməlum şəxslər 36-cı məhəllədə tikinti işlərinə başlayıb. Məlumatda bildirilir ki, tikinti prosessesində onlarla ağac kəsilib, yaxud da əlverişsiz şəraitdə qaldığı üçün quruyub. Bu gün səhər saatlarından isə yerli sakinlər narazılıqlarını bildirmək üçün həyətə yığışıb, maşınlarla məhəlləyə girişin qarşısını kəsib. Lakin polislərin müdaxiləsi nəticəsində sakinlər geri çəkilməli olub, maşınlar evakuatrlarla kənarlaşdırılıb. Həmin tikilinin kimə aid olduğu və nə üçün istifadə ediləcəyi isə nə sakinlərə, nə də bizə məlum deyil. sumqayitxeber /  
 
 

Google+ WhatsApp ok.ru