Şamaxı yolunda uçqun olub-VIDEO

Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib. Nəticədə bəzi yerlərdə, o cümlədən Şamaxı yolunda üçqun olub
 
Kanal S (RegionTV) xəbər verir ki, yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.
 
Uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər.
 
 
Hələlik isə yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.azadliq /
 

Google+ WhatsApp ok.ru