Amerika restoranlarında halal yeməklər

Amerika restoranlarında halal yeməklər

ABŞ-ın Texas ştatında restoranlar İslamofobiya ilə mübarizə aparmaq məqsədilə öz menyusuna halal yeməkləri daxil edir. 
 
Maide.Az-ın  “utdmercury” saytına istinadla məlumatına görə, son illər Texas ştatında  yerləşən restoranlar  müsəlman mühacirlərin sayının artması və  cəmiyyətdə müsəlmanlara qarşı olan aqresiya və islamofobik davranışlarla mübarizə məqsədi ilə  öz menyusuna halal yeməklər daxil edir.
 
Belə ki,  Texas ştatında hazırda 1114 halal restoran fəaliyyət göstərir. Təkcə  Dallas şəhərində 287 halal restoran var. Plano və Richardson şəhərlərində  KFC kimi tanınmış restoranlar da müştərilərə halal yeməklər təqdim edir. 
 
Statistikaya əsasən hazırda Amerikada 9 milyon müsəlman yaşayır. “Pew” Tədqiqat İnstitutunun  məlumatına görə, bu rəqəm 2005-ci ildə 3 milyon nəfər olub.  Bu səbəbdən  ölkənin bütün bölgələrində halal restoranların sayı da artmaqdadır.

Google+ WhatsApp ok.ru