Amerikada işsizlərin sayı artıb

Amerikada minlərlə işçi  işini itirmək  təhlükəsi ilə üz-üzədir, bir çox Amerikalı isə  işsizlik sığortasının yardımlarından istifadə etmək fikrindədir. 
 
Maide.Az bildirir ki, Reuters  agentliyi ötən gün yayımladığı məlumatda bildirir ki, ötən həftə Amerikada  işsizlik sığortasından istifadə ərizələrini  dolduranları sayı  ötən bir illə müqayisədə  gözlənilməz dərəcədə artıb.
 
Amerika İş Nazirliyinin məlumatına görə,  aprel ayının  sonuna olan statistikaya görə işsizlik sığortasından  istifadə etmək istəyənlərin sayı 17 min nəfər artıb və 274 min nəfərə çatıb.  Bu ötən ilin fevral ayı ilə müqayisə ən yüksək  göstəricidir. 
 
Ötən  ay Amerikalı işçilərin işdən çıxardılmasında da  35 faiz artım olub.   İşdən çıxardılan işçilərin əksəriyyəti enerji  sahəsində çalışanlardır ki, neftin  qiymətinin aşağı düşməsi və gəlirin az olmasına görə  şirkətlər işçiləri azaldır.
 
Məlumata görə, aprel ayında Amerikada şirkətlər 65 min  141 nəfəri işdən çıxardıblar. Bu rəqəm mart ayı ilə müqayisədə  35 faiz artım deməkdir.
Amerikada enerji sektorunda isə 19759 işçi aprel ayında işdən çıxardılıb ki, iki rəqəmi  üst-üstə gələndə 2016-cı ilin  əvvəlindən may ayınadək ümumilikdə Amerikada 72 min 660 nəfərin işdən çıxardıldığının şahidi oluruq. 
 
 

Google+ WhatsApp ok.ru