Amerikadan İran barədə açıq etiraf

ABŞ-ın Baş Qərargah rəisi Martin Dempsey Amerikanın İranın nüvə proqramını hərbi yolla məhv edə bilməyəcəyini etiraf edib.
 
Maide.az xəbər verir ki, aamerikalı general keçirdiyi mətbuat konfransındakı açıqlamasında İranın nüvə bazalarına qarşı hərbi hücumun yalnız İranın bu sahədəki fəaliyyətlərini müvəqqəti axsadacağını, amma bunun İranın nüvə gücünü məhv edə bilməyəcəyini dilə gətirib.
 
Qeyd edək ki, Amerika və İsrail rejiminin İranın nüvə bazalarına hərbi hücum təhdidləri etdiyi bir vaxtda İslam Respublikası hər cür hücuma düşməni peşman edəcək şəkildə cavab verəcəyi xəbərdarlığını səsləndirmişdi.

Google+ WhatsApp ok.ru