Amerikada polis və etirazçılar arasında qarşıdurma: xəsraət alanlar var  - VİDEO

Amerikada polis və etirazçılar arasında qarşıdurma: xəsraət alanlar var - VİDEO

 
ABŞ-ın Şimali Karolina bölgəsində qaradərili şəxsin polis tərəfindən öldürülməsinə etiraz edən aksiyaçılar və polis arasında qarşıdurma baş verib. 
 
Maide.Az xəbər verir ki, qarşıdurmada ən az 12 polis və xeyli sayda etirazçı yaralanıb. 
 
Etiraz aksiyası ötən axşam Şarlot şəhərində 43 yaşlı Kit Lamunt Eskat adlı bir qaradərili kişinin öldürülməsindən sonra baş verib. Bildirilir ki, qaradərili kişini öldürən polis hazırda maaş almaq şərti ilə istirahətə göndərilib.
 
Yerli televiziyanın məlumatına görə, etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti qaradərililər olub. Onların əllərində “Qaradərililərin həyatı önəmlidir” hərəkatının plakardlarını daşıyıblar. Etirazçılar  Şarlot şəhərində maqistral yolu bağlayıblar. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru