Amerikada qeyri-müsəlmanlar Quran tilavətini dinlədi və …. -VIDEO

Amerikalı bir müsəlman aktyor “Quran xalqın arasında” adlı film çəkib. Bu filmdə qeyri-müsəlmanların Quran ayələrinə qulaq asarkən göstərdikləri reaksiya qeyd olunub.
Maide.a xəbər verir ki, bu video sürətlə virtual məkanda yayılıb və çox yüksək reytinq qazanıb.
Filmdə “Adəm Saleh” adlı amerikalı müsəlman aktyor qeyri-müsəlmanlarla görüşə gedir və onlardan 30 saniyə ərzində səsləndirdiyi səs yazısına qulaq asmağı və öz fikirlərini bildirmələrini xahiş edir, halbu ki, onlar kamera ilə görüntüyə alındıqlarını bilmirlər.
Bu insanlar Quran ayələrini ilk dəfə eşitdiklləri halda, qulaq asarkən rahatlıq və pozitiv hiss keçirdiklərini deyiblər.
Daha sonra Adəm Saleh onlara izah edir ki, bu Quran müsəlmanların müqəddəs kitabı və doğru yolu göstərəndir.
Əvvəlcə, Saleh “Həmd” surəsini  yoldan keçən bir nəfər üçün səsləndirir və o ayələrə qulaq asdıqdan sonra deyir ki, sanki başqa bir dünyaya getdiyimi və fikrimin cəmlənməsini hiss etdim.
Videonun davamında, velosiped sürən bir nəfər üçün “Kafirun” surəsini səsləndirir, o çox fərqli və maraqlı bir hiss keçirdiyini deyir, Adəm Saleh ona izah edir ki bu Qurandır.
Başqa bir insan “Fələq” surəsinin bir hissəsinə qulaq asdıqdan sonra rahatlıq hissi keçirdiyini və bunun Quran olduğunu anladıqda isə, bildirib:  Mən ateistəm, amma bu mənə rahatlıq hissi bəxş etdi.
Yoldan ötən daha bir şəxs də Quran səsini eşitdikdən sonra deyib: Bir anlığa hiss etdim ki, daha yaxşı insan olmuşam.
Videoda Adəm Saleh kimsəsiz bir gəncin yanına gedir və o Qurana qulaq asdıqdan sonra müsbət hisslər keçirdiyini bildirir və Salehdən soruşur: “Bilirsənmi, bu kitabı hardan əldə edə bilərəm?”
Amerikalı müsəlman aktyor Adəm Saleh bu videonu və indiyədək istehsal etdiyi digər videoçarxları hazırlamaqla Quran və İslam haqqında insanları məlumatlandırmağa çalışır. /
 


Quran in West: Enlightens hearts as it promises by ranahamza0145

Google+ WhatsApp ok.ru