Günəş enerjisi ilə çalışan avtomobillərin böyük yarışına start verildi

 
Avstraliyanın ucqar bölgələrində 3 min km məsafəni qət etmək üçün dünyanın hər yerindən günəş enerjisi ilə işləyən 50 avtomobil yarışır. 
Maide.az xəbər verir ki,  “WSC” (World Solar Challenge) adlandırılan və iki ildə bir keçirilən bu yarış 18 oktyabr Avstraliyanın şimalında yerləşən Darvin şəhərindən start götürüb və ölkənin cənubundakı Adelayd şəhərində yekun vurulacaq.
Qalib gələn avtomobillərin 4 gün ərzində təyinat yerinə çatacağı gözlənilir.
Bu mübarizənin məqsədi günəş enerjisi ilə çalışan avtomobillərin üzərində araşdırmaların aparılmasının təşviqidir və gələcəkdə bir gün bu avtomobillərin istehlak bazarına daxil olacağına ümid bəslənir. /
 
 

Google+ WhatsApp ok.ru