Amerikada qeyri-müsəlmanlar bu ölkənin Ana məscidinə toplaşdı - FOTO

Amerikada qeyri-müsəlmanlar bu ölkənin Ana məscidinə toplaşdı - FOTO

Ötən gün Amerikanın Ayova ştatında Sedar Rapids şəhərində (Cedar Rapids) "Ana" məscidində ("The Mother" Mosque) yüzlərlə qeyri-müsəlman toplaşaraq müsəlmanlarla həmrəylik nümayiş etdirib.
 
Maide.İnfo xəbər verir ki, məscidə toplaşanlar arasında müsəlman, xristian, siqhizm, Amerikanın yerli əhalisi və digər tanınmış şəxsiyyətlər bərabərlik, birgə yaşam və sevgi və sülh haqqında çıxışlar edib.
 
Məscidə toplaşan şəxslər ABŞ-ın müxtəlif bölgələrində son vaxtlar müsəlmanlara qarşı nifrət və islamofob hərəkətləri pisləyib.
 
"Ana" məscidinin  ("The Mother" Mosque) 70 ildən çox tarixi var və Amerikada tikilən ilk məscid olduğu üçün ona “Ana məscid" kimi məşhurlaşıb. /
 
 
 
 

Google+ WhatsApp ok.ru