Amerikada yəhudilər məscidə Quran hədiyyə etmək üçün kampaniya keçirir

Amerikada yəhudilər məscidə Quran hədiyyə etmək üçün kampaniya keçirir

ABŞ-ın Arizona ştatının Tucson şəhərində yaşayan bir qrup yəhudi müsəlmanalara Quran hədiyyə etmək üçün kampaniya keçirir. 
 
Maide.Az xəbər verir ki, bazar ertəsi Amerikanın Tucson şəhər məscidinə naməlum şəxslər hücum edərək 100 dən çox Qurana hörmətsizlik edib və Quranları cırıb.  
 
Bu hadisənin ardından Tucson şəhərində yaşayan yəhudilər məscidə yeni Quran alıb hədiyyə etmək üçün kampaniyaya başlayıb. Onlar bir gün ərzində 5 min dollar pul toplayıb. Kampaniya çərçivəsində 14 min dollar miqdarında vəsait toplanaraq müsəlmanlara Quran almaq üçün təhvil veriləcək.  
 
Qeyd edək ki, bundan öncə də Amerikada yaşayan müsəlmanlar ifratçı irqçilər tərəfindən dağıdılmış yəhudi qəbirstanlığını təmir etmək üçün pul toplamış və onlara yardım etmişdir.  
 
Amerikada dini azlıqlar tez-tez ifratçı iqrçilərin hücumuna məruz qalır. Lakin müsəlmanlar əleyhinə hücumlar son illər xüsusi ilə ABŞ-ın yeni prezidenti Donald Trampın prezidentliyindən sonra daha da çoxalıb. /

Google+ WhatsApp ok.ru