Amerika ilə Rusiya Suriya məsələsində razılaşdı

Amerika İlə Rusiya Suriya probleminin siyasi həll yolu ilə bağlı razılaşdılar.
 Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi  deyib ki, ABŞ və Rusiya Suriya müzakirələrinin planlandığı kimi və heç bir ön şərt olmadan davam etməsi haqqına analaşıblar. 
C.Kirbi deyib ki,  ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Viladimir Putun arasında aparılan son telefon danışığından sonra bu gün iki ölkənin xarici işlər nazirləri Con Kerri və Sergey Lavrov görüşüb.
C.Kirbi əlavə edib ki, bu anlaşmaya görə, Suriya ilə bağlı danışıqlar BMT nəzarəti altında 25 yanvarda Cenevrədə baş tutacaq. /
 
 

Google+ WhatsApp ok.ru