Amerikalı şirkət müsəlmanlara pulsuz ev verəcək

Amerikalı şirkət müsəlmanlara pulsuz ev verəcək

Amerikanın “Airbnb” şirkəti öz facebook səhifəsində məlumat paylaşaraq müsəlman miqrantların Amerikaya səfərini dəstəklədiyini və onlara pulsuz evlər verəcəyini açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, "Airbnb" şirkətinin təsisçisi Brian Chesky “mashable” saytına açıqlamasında deyib ki, şirkətin dünyanın müxtəlif bölgələrində 3 milyon evi var və miqrantları pulsuz məskənlə təmin edə bilər. 
 
O əlavə edib ki, detallı məlumatlar yaxın günlərdə açıqlanacaq. “Müsəlmanların Amerikaya girişinin qadağan olunmasını düzgün hesab etmirəm, biz müsəlman miqrantları məskənlə təmin etməkdə yardım edəcəyik”. 
 
Airbnb şirkəti insanlara məskunlaşmaq üçün yerlər icarə verir. Bu şirkətinin internet səhifəsində 191 ölkədə 33 min şəhərdə 2 milyondan çox məskən qeyd olunub. Bu özəl şirkət  2008-ci ildə Kaliforniayanın San Fransisko şəhərində qeydiyyata alınıb.  
 

Google+ WhatsApp ok.ru