Amerikalılar Trampın sağlamlıq layihəsinə qarşı etiraz aksiyası keçirib – FOTO/VİDEO

Amerikalılar Trampın sağlamlıq layihəsinə qarşı etiraz aksiyası keçirib – FOTO/VİDEO

ABŞ-ın sabiq prezidenti Barak Obamanın dərman xidmətləri ilə bağlı təqdim etdiyi layihənin (Obama care" (Obama qayğısı) layihəsinin) tərəfdarları etiraz aksiyası keçirib və Respublikaçıların bu qanun layihəsini ləğv etməyə çalışmasını pisləyib. 
 
Maide.info xəbər verir ki, Vaşinqton, Şikaqo, Los-Anceles və digər şəhərlərdə “Obama care" (Obama qayğısı) layihəsinin təqdiqlənməsinin yeddinci ildönümündə genişmiqyaslı aksiyalar keçirib. 
 
ABŞ Nümayəndələr Məclisi "Obama Care" layihəsini ləğv etmək üçün səsvermə keçirmək istəyirdi, lakin ABŞ prezidenti Donald Trampın komandası qanunun ləğvi üçün lazım olan 215 səsi toplaya bilmədiyi üçün təxirə düşdü. Tramp Respublikaçı nümayəndələrə vaxt verib ki, Obamanın təsdiqlədiyi qanunu ləğv etsin. 
 
“Obama Care” layihəsinin tərəfdarları bu qanun layihəsinin ləğvinə görə narahatdır. Onlar bu qanunun ləğvi ilə milyonlarla amerikalının tibbi siğorta təminatından məhrum olacağını bildirir. 
 
 
Tramp hələ seçki kampanyasında dəfələrlə Obamacare" (Obama qayğısı) adlı eks-prezident Obamanın imzaladığı qanunun əvəz edəcəyini elan etmişdi.
Amerika Səhiyyə Qayğısı Aktı adlanan qanun"a görə:
-Yoxsullar üçün ayrılan federal sağlamlıq fondu azaldılacaq;
- məcburi sığorta tələbi qaldırılacaq;
- subsidiyalar vergi kreditləri ilə əvəz ediləcək
 
 
Ümumiyyətlə, gözlənilən odur ki, yeni qanun Obama administrasiyasının "Ağlabatan yardım aktı" altında sığorta əldə edən insanlardan daha az əhaliyə tibbi yardımı nəzərdə tutur.
 
Qeyd edilib ki, irəli sürülən qanun layihəsi yoxsul əhali üçün göstərilən xidmətləri əhəmiyyətli dərəcədə azaldacaq və təşkilat bundan narahatdır. /

Google+ WhatsApp ok.ru