Amerikalı polislərin sıralarında daha bir hicablı polis

Əslən Somalidən olan gənc müsəlman Kadre Muhəmməd ABŞ-ın Minnesota ştatına polis kimi işə düzəlib.
 
Maide.Az "Huffington Post"-a istinadən məlumat verir ki, 21 yaşlı K.Mühəmmədi yaşadığı ərazidə hamı tanıyır. Buna səbəb, Amerika boyunca tək-tük hicablı polislərin olmasdır.
 
Sent-Pol polis departamentində ümid edirlər ki, zaman-zaman güc strukturlarında müsəlman xanımların sayı artacaq. Ölkədə miliyonlarla müsəlman var ki, Amerika polisində işləmək istəyirlər. Lakin bu mövzu hələdə, ABŞ cəmiyyətində müzakirə mövzusu deyil. 
 
Kadrenin həmkarları ümid edirlər ki, onların sıralarını daha çox hicablı polislər dolduracaqlar. /

Google+ WhatsApp ok.ru