Amerikanın dünyanı işgal etmək üçün yeni strategiyası

Amerikalı müharibə əleyhidarı olan fəal Co Lasbaker deyib ki, Amerika dünya ölkələrini işğal etmək üçün yeni strategiyalara malikdir. 

"Birlikdə Müharibəyə Qarşı" Milli Koalisiya lideri olan Co Lasbaker,telekanaların birinə müsahibəsində deyib:"Əgər Amerika bu gün zahirən Əfqanıstanın işğalını başa çatdırıbsa, deməli o yeni işğal strategiyalarına malikdir . Prezident Corc Buşun dövründə başlanmış işğal siyasəti Amerikanın məğlubiyyətinə səbəb oldu. Hal-hazırda Amerikada digər ölkələri işğal etmək və nəzarətdə saxlamaq üçün "yad əllərlə müharibə"  üsulundan istifadə olunur.  ABŞ Suriya planlarını həyata keçirmək üçün məhz bu üsuldan istifadə etdi. Pakistan və Yəməndə pilotsuz təyyarələr, digər ölkələrdə isə xüsusi xidmət üsullarını istifadə edir."
Co Lasbaker deyib ki, Amerika Ukraynada baş verən inqlablardan özünün yeni işğal metodlarını həyata keçirmək üçün istifadə etdi. 
O, həmçin vurğulayıb ki, Barak Obamanın İraq və Əfqanıstandan hərbi qüvvələrinin çıxarmasına söz verməsi, xalqı aldatmaqdır, əslində isə Amerika əvvəlkindən daha çox dünyanı müharibələrə cəlb edir.  //

 

Google+ WhatsApp ok.ru