Gürcüstan Dövlət Dəftərxanasının qarşısında azərbaycanlı gənclərinin etiraz namazı

Maide.az xəbər verir ki, bu gün Gürcüstan Dövlət Dəftərxanası binasının qarşısında azərbaycanlı tələbələr Assosiasiyası (GATA)  bu ölkədə “müqəddəs yerlərimizi qoruyaq” adlı etiraz aksiyası keçirib.  Aksiyada azərbaycanlı tələbələr Gürcüstanın Adigen rayonun Moxvi kəndində yaşayan gürcü müsəlmanları ilə həmrəyliyini bildirib. Aksiyadan öncə gənclər namaz qılıblar. Bu barədə “Svobodnaya zona”  analitik-informasiya portalı məlumat yayıb. 
 
Xatırladaq ki, oktyabrın 23-də Gürcüstanda məscidin binasının söküntü işlərinin aparılması və yerində klubun tikilməsi ilə bağlı polislə yerli dindarların arasında toqquşmalar baş verib. Gürcüstan hüquq müdafiəçilərinin məlumatına görə, Adigen rayonunun bələdiyyəsi bu yerdə klub açmağa qərar verib. Klubun tikintisi ilə baglı tender elan edilib. Tenderdə qalib gəlmiş sirkət artıq məscidin sökülməsinə başlayıb.
 

Google+ WhatsApp ok.ru