Amerikanın Tennesi ştatında silahlı insident, ölənlər var

Amerikanın Tennesi ştatında baş verən silahlı insident  nəticəsində ən azı 5 nəfər həlak olub.
Maide.az xəbər verir ki, hadisə ötən gecənin son saatlarında Tennesi ştatında Austin Peay Universitetindən bir neçə küçə aralıda baş verib. 
Hadisənin baş verdiyi Klarksvill bölgə polisi elan edib ki, yaralılardan ikisi helikopter, ikisi isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. 
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. İnsidentlə bağlı araşdırma aparılır. Amerikanın ictimai həyatında, xüsusilə də təhsil ocaqlarında odlu silahlardan istifadə artıq adi bir məsələyə çevrilib. CNN-in məlumatına görə, Amerika ictimaiyyəti 290 milyon silahla dünyanın ən silahlı ölkələrindən biri hesab olunur./

Google+ WhatsApp ok.ru