Amerika polisi əleyhinə aksiya yenə də insidentlə nəticələndi

Amerika polisi əleyhinə aksiya yenə də insidentlə nəticələndi

Milvaki əhalisi ABŞ polisinin qaradərililər məhəlləsində silahlı olmaqda şübhəli hesab olunan bir nəfəri qətlə yetirməsinə etiraz olaraq mitinq keçirib.

Şənbə günü Milvaki polisi qaçmağa cəhd göstərən 23 yaşlı qaradərili Silvil Smitə atəş açıb və onu qətlə yetirib. Polis yetkililəri onun silahlı olmaqda şübhəli olduğunu bildiriblər.

Milvaki polisinin bu qaradərilini qətlə yetirməsinin ardınca, şəhər əhalisi, əsasən də qaradərililər ötən gecədən aksiya keçirib və anti-üsyan silahları ilə təchiz olunmuş polis qüvvələri ilə toqquşublar.

Viskonsin ştatının Milvaki şəhərində polisin zorakılığı əleyhinə əhalinin aksiyası ikinci gecə olaraq davam edib. Aksiyada bir nəfər atışmanın qurbanı olub.

Əksəriyyəti qaradərili olan Milvaki etirazçıları kasıb məhəllələrdən olan Şerman Park bulvarında aksiya keçiriblər. Aksiya anti-üsyan silahları ilə təchiz olunmuş polislə onlar arasında qarşıdurma ilə nəticələnib. Qarşıdurma zamanı bir qaz stansiyası və bir neçə polis avtomobili yandırılıb və bir neçə nəfər də yaralanıb.

Viskonsin vilayətinin ən böyük və Amerikanın əhali sıxlığına görə 30-cu şəhəri olan Milvaki şəhərinin meri Tom Barrett mətbuat konfransında deyib: Vətəndaşların küçələrə axışması ilə polis şəhərə nəzarəti itirib. Etirazçılar bir neçə binanı, o cümlədən bir bankı və bir neçə avtomobili yandırıblar. Milvaki meri əlavə edib: Bu şəhərdə olduğu müddətdə indiyə qədər belə hadisənin şahidi olmamışdır.

Ötən iki il ərzində Amerika polisinin Afrika əsilli amerikalılara qarşı sərtliyinin artması və əsassız səbəblərə görə qaradərililərin polislər tərəfindən qətlə yetirilməsi ABŞ-da ictimai etirazların yeni dalğasını yaratmışdır.

Milvaki etirazları və iğtişaşları ötən ilki Ferquson şəhəri etirazlarına bənzəyir. Ferquson etirazları da polisin bir qaradərilini qətlə yetirməsinə etiraz olaraq keçirilmişdi.

Məlumatlara görə, 2015-ci ildə 1150-dən çox Amerika vətəndaşı polis məmurları tərəfindən qədtlə yetirilib. Həmçnin ötən sutka ərzində Amerikanın müxtəlif ştatlarında silahlı insidentlə bağlı 89 hal qeydə alınıb. Nəticədə 37 nəfər həlak olub, 58 nəfər də yaralanıb. (sahartv) /

Google+ WhatsApp ok.ru