Amerika polisləri daha bir nəfəri güllələdi 08 Yanvar 2015 02:00 Dünya Son zamanlar ABŞ-da polislərin iştirakı ilə baş verən qətl hadisələrinin sayı hər gün artmaqdadır. Belə bir fakta daha biri dünən Kolombus şəhərində baş verən qətl də əlavə olunub. Maide.az xəbər verir ki, ABŞ-ın ən böyük 15-ci şəhəri və Ohayo ştatının ən böyük şəhəri və paytaxtı olan Kolumbusda polis əməkdaşları hava limanında bir nəfəri öldürüb. Amma hadisənin təfərrüatları ilə bağlı indiyə kimi polis idarəsindən mediaya heç bir məlumat verilməyib. Sadəcə o məlumdur ki, polis öldürülən şəxsin maşınında araşdırma aparıb. Öldürülən şəxsin kimliyi haqqında isə məlumat verilməyib. Hava limanının rəsmisi Devid Uitiker isə bildirib ki, aeroportun avtomobil dayanacağında polis əməkdaşları və naməlum kişi arasında mübahisə baş verib. Nəticədə polislər həmin şəxsə atəş açıblar. Onun üzərində silahın olub-olmaması hələ ki, məlum deyil. Teqlər : #Amerika polisləri daha bir nəfəri güllələdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əmmar Həkim: `Zorakılıq və ekstremizm mədəniyyətini məhv etməliyik` Fransada daha bir hücum
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO