Amerika İrandan yardım istədi

Amerikanın  dövlət katibi Con Kerri  Suriya və Yəməndə müharibəyə son qoymaq üçün İrandan yardım istədi.
 
Maide.az xəbər verir ki,  Con Kerri  cümə axşamı  Bəhreyndə  Fars Körfəzi Əməkdaşlıq Şurasının Ərəb ölkələrindən olan həmkarları ilə görüşdən öncə jurnalistlər bildirib: “İran bizə yardım etsin  ki, Yəmən və Suriyadakı  müharibəyə son qoyaq, münaqişə daha da gərginləşməsin. İran regionda vəziyyəti dəyişməyə və stabilləşməyə yardım etsin. “
 
Amerikalı rəsmi  eyni halda bildirib ki, rəsmi Tehran dünyaya sübut etməlidir ki,  dünya ictimaiyyətinin qurucu üzvlərindən biri kimi dünyada  sülh və sabitlik  prosesində iştirak etmək istəyir. 
 
Qeyd edək ki, Omandan başqa Fars Körfəzi ölkələrinin hamısı  ötən ilin mart ayından Səudiyyə Ərəbistanın başçılığı ilə Yəmənin  fərari prezidenti  Mənsur Hadini  hökumətə  qaytarmaq və Ənsarullah hərakatını zəiflətmək məqsədi ilə Yəmənə  hərbi təcavüz ediblər. 
 
Bu təcavüz nəticəsində  9 min  400 yəmənli  o cümlədən 4 min  uşaq və qadın  həlak olub, Yəməndə infrastruktur  dağıdılıb. 
Ərəb ölkələrinin bəzisi  həmçinin Suriyada  terrorçu qrupları dəstəkləyir. 
 
Kerri  2001-ci ildə  Bəhreyndə Ali Xəlifə rejiminə  qarşı  xalq hərakatı başlandığı gündən indiyədək  bu ölkəyə səfər etmiş ilk  ABŞ rəsmisidir. 
 
Amerika Bəhreyn rejimini ən çox dəstəkləyən ölkələrdəndir.  Bəhreyn rejimi   2011-ci ildən bu günə kimi xalqın ölkədə azadlıq və insan haqlarının tapdalanmasına etiraz olaraq keçirdikləri dinc  aksiyalarını  zor gücü ilə dağıdır. Amma buna baxmayaraq  Con Kerri  Bəhreyn rəsmiləri ilə  görüşündə bu ölkənin “insan haqları”na verdiyi dəstəyə görə onlara  təşəkkür edib. /
 
 

 

Google+ WhatsApp ok.ru