Amerika Rohingya müsəlmanlarına qarşı soyqırımı təsdiq etmədi

Amerika  Myanmar hökumətinin Rohingya müsəlmanlarına zorakılıq etdiyini etiraf etsədə bu cinayətləri  soyqrım adlandırmaqdan boyun qaçırıb. 
 
Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bazar ertəsi bildirib ki,  baxmayaraq ki, onlar (Rohingya müsəlmanlarına)  zorakılıqla üz-üzədirlər amma biz bu qənaətə gəlməmişik ki, bu zorakılıqlar  soyqrım misdaqıdır. 
 
ABŞ Dövlət Departamenti bazar ertəsi Konqresə təqdim etdiyi məruzədə  Buddist ifratçıların müsəlmanlara qarşı zorakılıqlarına görə  narahatçılığını ifadə edib. Bu məruzədə göstərilir ki,  təkcə 2012-ci ildə Rohingya müsəlmanlarından 200 nəfər  öldürülüb, 140  min nəfər  didərgin düşüb. 
 
ABŞ Dövlət Departamentinin məruzəsində Myanmarda Rohingya müsəlman azlığının hüquqlarına ictimayi dəstəyin olmaması və bəzi Buddist liderlərin İslama zidd çağırışlar etdikləri bildirilir. 
 
Məruzədə bildirilir ki,  müsəlmanlara qarşı zorakılıqlar hələdə davam edir və Myanmar rəsmilərindən istənilib ki, Rohingya müsəlmanlarının  hüquqlarının pozulmasını dayandırmaq üçün əməldə işlər görsün.
 
Qeyd edək ki, Myanmarda müsəlmanlar  illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgindüşüb. 
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.
 
Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. /
 

Google+ WhatsApp ok.ru