Amerika Suriyada çaş-baş qaldı

Məhəmməd Rəad: `Bizlər Livanın və Livan xalqının möhtərəmliyinin qorunması və heç kimin bizim haqqımıza təcavüz etməməsi üçün mübarizə aparır və döyüşürük`

Livan Məclisi Hizbullah müqavimətinə vəfa qrupu başçısı Məhəmməd Rəad Cəbşit mahalında təşkil olunan proqramda etdiyi çıxışda Amerikanın Suriyada İŞİD kimi terror qrupları ilə döyüşükdən sonra bu gün Suriya hökumətini zəiflətmək üçün hansı qrupu dəstəkləyəcəyini müəyyənləşdirə bilməyəcək vəziyyətə düşdüyünü deyib. 
 
Maide.az xəbər verir ki, Məhəmməd Rəad Amerikanın Suriyadakı müdaxiləçi və qarşıdurmaya səbəb olan siyasətinin əks nəticə verdiyini və xalqın dövlətə daha çox dəstək olmasının təməlini yaratdığını bildirib.
 
Rəad ölkənin daxili vəziyyəti ilə əlaqədar olaraq isə belə deyib: "Silahı yerə qoymayacağıq, ancaq problemləri həll etmək üçün bütün livanlılarla danışmağa hazırıq. Çünki bizlər güc əldə etmək arxasınca deyilik və gücün arxasına sığınmaq istəmirik. Bizlər Livanın və Livan xalqının möhtərəmliyinin qorunması və heç kimin bizim haqqımıza təcavüz etməməsi üçün mübarizə aparır və döyüşürük." 

Google+ WhatsApp ok.ru