Amnesty International: Azərbaycan hakimiyyəti çox vəd verib

“Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin ölümünün araşdırılmasını şəxsi nəzarətinə götürməsi barədə vədləri çətin ki real ədalət mühakiməsinə gətirib çıxarsın”, - Amnesty International hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
 
“Uzun müddətdir ki, Azərbaycan jurnalistləri təqib və Rasimin ölümü kimi dəhşətli hücumların obyektlərinə çevriliblər.
 
Qərəzsiz təhqiqat barədə inandırmalara baxmayaraq, bu qətllərdə günahı olanlar cəzasız qalır”, - təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.
 
2005-ci ildə dövlət başçısı jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasını da şəxsi nəzarətinə götürmüşdü, lakin işin üstü açılmamış qaldı.
 
“Əliyev hökuməti  Rasim Əliyevin qətlinin hərtərəfli, müstəqil və qərəzsiz araşdırılmasını əməldə təmin etməlidir.
 
Azərbaycanda ifadə azadlığı “can verir”. Odur ki, nə qədər ki, bu azadlıq tam  bitməyib, hakimiyyət jurnalistləri qorumaq üçün dərhal və effektiv tədbirlər görməlidir”, - N.Nozadze bildirib.

Google+ WhatsApp ok.ru