39 dərəcə isti olacaq

Avqustun 13-də Bakıda havanın temperaturunun 38 dərəcəyə çatacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
 
Abşeron yarımadasında gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
 
Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq./

Google+ WhatsApp ok.ru