Amnesty International: Bəhreyn rejimi müxalifləri terrorçuluqla mübarizə bəhanəsi ilə həbs edir

Amnesty International regionun ərəb ölkələrində baş verən inqilabların başlanmasından beş il keçdikdən sonra məruzə ilə çıxış edib və Bəhreyn rejiminin müxalifləri terrorçuluqla mübarizə bəhanəsi ilə həbs etdiyini elan edib. 
Maide.az  "Maratul-Bəhreyn" xəbər saytına istinadən xəbər verir ki, Amnesty International Ərəb ölkələrindəki vəziyyəti araşdırıb. Məruzədə bildirilir:  Bəhreyn rejim rəsmiləri siyasi müxalif rəhbərlərini, etirazçıları həbs edir və onları boğmağa çalışır. Həbs edilən şəxslərə işkəncələr verir.
Amnesty Internationalın məruzəsində bildirlir ki, 2011-ci ildə bir neçə Ərəb ölkəsində etirazçılar küçələrə axışdı və hakimiyyətə qarşı aksiyalar keçirdi. Hökumət onlara qarşı təzyiq vasitələrindən istifadə etdi və onları susdurmağa çalışıb.
Məruzədə bildirilir ki, bu etiraz aksiyaları Tunisdən başlayıb sonra Misir, Yəmən və Bəhreynə sıçrayıb. Bu etirazlarda əhali islahatların aparılmasını istəyirdi. “Bəhreyndə, Misirdə və digər ölkələrdə xalq inqilab etdi. Bu ölkələrin hökumətləri insan haqları fəalları və siyasi rəhbərləri həbs edib. Həmin hökumətlər söz azadlığını terrorizmlə mübarizə bəhanəsi ilə boğur.” Amnesty International-ın məruzəsində bildirilir. /
 

Google+ WhatsApp ok.ru