Amnesty international: Qərb ölkələri məsuliyyətsiz davranır

Amnesty international: Qərb ölkələri məsuliyyətsiz davranır

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı, qaçqın problemində qərb ölkələrini eqoizm və məsuliyyətsizlikdə ittiham edib. 
 
Maide.Az xəbər verir ki, Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı, inkişaf etmiş ölkələrə daha çox qaçqına sahib çıxmaq çağırışı edib. Təşkilat bu gün Londonda dərc etdiyi hesabatında 193 ölkədə qaçqın göstəricilərini araşdırıb. 
 
Araşdırmanın nəticəsinə görə, qərb ölkələri qaçqınlar məsələsində eqoistcəsinə davranır.
 
Yalnız on ölkə dünya miqyasında qaçqınların 56 fazini qəbul edib. Həmçinin bu 10 ölkə nə Avropa Birliyi, nə də G7-yə daxildirlər.  Ən çox qaçqın qəbul edən ölkə İordaniya, Türkiyə və Pakistandır.
 

Google+ WhatsApp ok.ru