Amnesty İnternational: `Səudiyyə rejimi edam və `terrorla mübarizə` şüarlarından əks düşünənləri aradan aparmaq üçün istifadə edir`

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Səudiyyə Ərəbistanının nüfuzlu İslam alimi Ayətullah Nimrin edamını kəskin pisləyən bəyanat yayıb.
 
Deyerler.org-un təşkilatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Londondan olan hüquq müdafiəçilərinin hazırladıqları bəyanatda bildirilir ki, Səudiyyə rejimi edam vasitəsindən öz siyasi rəqiblərini və əks düşüncədə olanları aradan aparmaq üçün istifadə edir.
 
"Səudiyyə rejimi indiyənə qədər iddia edib ki, onlar təhlükəsizliyi təmin etmək üçün edamları qüvvədə saxlayıb. Lakin, Ayətullah Nimrin edamı bir daha göstərdi ki, onlar siyasi xal qazanmaq, əks düşüncədə olanları aradan aparmaq üçün edamlardan istifadə edir və "terrorla mübarizə" onlar üçün bəhanədir", - deyə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Lüter bildirib.
 
O qeyd edib ki, Şeyx Nimrin edamı tam ədalətsiz və beynəlxalq qanunlara zidd olub./
 

Google+ WhatsApp ok.ru