''AİMROC'' şirkəti ''yoxa çıxıb''

“AIMROC” şirkətində də maaş problemi yaşanır

Daşkəsəndəki Çovdar qızıl yatağının işçiləri Prezident Administrasiyasının qarşısına toplaşaraq, pullarını tələb ediblər.
 
Bir vaxtlar qızıl çıxaran işçilər, maaşlarını almaq üçün küçələrdə gecələməyə də razı olurlar. İki gündür gecəni avtobuslarda, gündüz isə Prezident Administrasiyasının qarşısındakı parkda keçirirlər.
 
Bu gün Yasamal Rayon Məhkəməsində qızıl çıxaranların işi ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmə müəyyən edib ki, şikayət olunan şirkət vergi ödəyicisi kimi Xətai rayonunda qeydiyyatdadır. Cümşüd Əsgərli deyir ki, şirkətin baş icraçı direktoru məktubla bildirmişdi ki, maliyyə sıxıntıları üzündən iş dayanıb. İşlənməyən aylara görə çalışanlara əmək haqqının 3 də 2 hissəsi verilməli idi.
 
Həbsdə olan jurnalist Xədicə İsmayıl "Qızıl mədənlərində Əliyevlərin payı" adlı araşdırmasında göstərir ki, AIMROC-u 4 şirkət yaradıb: "Londex Resources, S.A.", "Willy and Meyris S.A.", "Fargate Mining Corporation" və "Globex International LLP". Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur.
Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelan-ın adı var.
İşçilərin dediyinə görə, 2012-2014-cü illər ərzində şirkətin hasilatı 3 tona yaxın olub. Ən az maaş da 705 azn olub. İndiyə kimi heç bir qurumdan dəqiq cavab almayan işçilər qapı qapı gəzib, pullarını soraqlayırlar.meydantv/

Google+ WhatsApp ok.ru