Həbib ibn Muzahirin qəbrinin zərihinin açılış mərasimi keçirilib -FOTO

İmam Hüseyn (ə) müqəddəs ziyarətgahında  İmamın səhabələrindən olan Həbib ibn Muzahir əl Əsədinin  qəbrinin zərihinin açılış mərasimi ötən gün Kərbəla şəhərində keçirilib. 
 
Maide.az xəbər verir ki,  açılış mərasimində Kərbəla şəhərinin dini və ictimai şəxsiyyətləri iştirak ediblər.
 
Həbib ibn Məzahirin qəbrinin yeni zərihində 3 kq qızıl, 822 kq gümüş, 500 kq mis, 12 kub metr ağacdan hazırlanıb. Zərhin üzərində Quranın “Nur” suəri və Əhli – Beyt (ə) kəlamları ilə bəzədilib. 
 
Yeni zərihin düzəldilməsində islami incəsənət nümunələri məharətlə işlənilib. Yeni zərih insanların yardımı ilə hazırlanıb. Onun hazırlanmasına 3 il vaxt sərf olunub və 10 gün öncə Kərbəla şəhərinə gətirilib və quraşdırılıb.
 
Qeyd edək ki, dəyişdirilən köhnə zərih 70 il öncə quraşdırılmışdı.  /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru