Anar Yusifoğluya İTV-də vəzifə verildi

Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib. 
 
O, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.
 
Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.
 
Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib. 
 
Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib. 
 
Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb. (aznews)

Google+ WhatsApp ok.ru