Sabah 27 dərəcə isti olacaq

Mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 
 
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru