Ana və üç uşağı dəm qazından boğulublar

Ana və üç uşağı dəm qazından boğulublar

Ötən gecə paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində ana və üç uşağı həlak olublar.
 
Maide.Az bildirir ki, Rayon İcra Hakimiyyətindən Turan-a verilən məlumata görə, faciəyə dəm qazı səbəb olub.
 
Elmira Cəfərova və uşaqları Əli Əsgərli, Fatma Əsgərli və Zəhra Əsgərli kirayə mənzildə yaşayıblar.
 
Suraxanı Rayon Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.

Google+ WhatsApp ok.ru